Tarix : 2018 Jan 16
Kod 54094

Putin seçkiyə 35 rəqiblə gedir

Rusiyada prezidentliyə namizədlərin irəli sürülməsi dövrü başa çatıb. Yanvarın 12-dək marafona 36 nəfər qatılıb. Onların 21-i partiya namizədi, 15-i müstəqil namizəddir. Prezident Vladimir Putin seçkiyə müstəqil namizəd kimi qatılıb.

Seçki martın 18-də keçiriləcək. Qeydiyyat üçün müstəqil namizəd 300 min imza, partiya namizədi 100 min imza toplamalıdır. Parlament partiyasının namizədi imza yığmaqdan azaddır. Kommunist Partiyasının namizədi Pavel Qrudinin və Liberal Demokrat Partiyasının namizədi Vladimir Jirinovski imzasız qeydiyyatdan keçiblər.
Marafona qatılan namizədlərin sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim olunması yanvarın 31-dək çəkir. Mərkəzi Seçki Komissiyası qeydiyyat məsələlərini fevralın 10-dək bitirməlidir.
Seçki təşviqatı 2018-ci il fevralın 17-dən martın 16-dək davam edir.
Rusiyada prezident 6 il müddətinə seçilir(novator.az).

  • Yazılıb
  • da (də) 2018 Jan 16
  • Göndərən مدير سايت Aran News