Tarix : 2018 Jan 17
Kod 54098

Ərdəbildə “19 Yanvar Dünya Müsəlman Azəriləri Günü” münasibətilə tədbir keçiriləcək

“19 Yanvar Dünya Müsəlman Azəriləri Günü” ilə bağlı mərasimdə Ərdəbilin imam cüməsi çıxış edəcək və bir sıra mədəni tədbirlər keçiriləcək.
Arannews– Vəliyyi-fəqihin nümayəndəsi Ayətullah Seyid Həsən Amilinin təşəbbüsü ilə 19 yanvar, “Dünya Müsəlman Azəriləri Günü” adlanmışdır və hər il ölkənin şimal-qərb əyalətlərində bu gün münasibətilə ictimai tədbir və mərasimlər təşkil olunur.
Ötən illərdə olduğu kimi bu il də Ərdəbildə “Dünya Müsəlman Azəriləri Günü” münasibətilə tədbir keçiriləcək və bu tədbirdə Ayətullah Amilinin çıxışı, Ustad Kəlaminin şer oxuması, teatrın nümayiş etdirilməsi və s. kimi müxtəlif mədəni proqramlar icra ediləcək.
“Dünya Müsəlman Azəriləri Günü” münasibətilə baş tutacaq tədbir 18 yanvar səhər saat 10-da Şeyx Səfi Türbəsi yanında Xətayi toplantı salonunda keçiriləcək. Tədbirdə hər kəs iştirak edə bilər.
Xatırladaq ki, 19 yanvar 1990-cı ildə SSRİ hökumətinin zəifləməsi ilə eyni zamanda 70 il özünün tarixi vətəni İrandan, islami və şiə kimliyindən uzaq qalmış Azərbaycan Respublikası xalqı İran sərhədlərinə axışdı, “Allahu Əkbər”, “La ilahə illəllah” şüarları səsləndirərək tikanlı məftilləri qırdılar, çətin və təhlükəli bir şəraitə baxmayaraq İran torpağına daxil oldular. Onlar hər şeydən öncə öz ana vətəni İranın toprağını öpdülər. Sonra məscidlərə tərəf gedərək, namaz qıldılar. Bu dönüş günü Azərbaycanın müasir tarixində azərilərin iranlı və islami kimliyinə qayıdış günü kimi qaldı.
  • Yazılıb
  • da (də) 2018 Jan 17
  • Göndərən مدير سايت Aran News