Ötən il istintaqı tamamlanaraq məhkəməyə göndərilən işlərin hansı sahələrlə bağlı olduğu açıqlanıb
Arannews-Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, ötən il istintaqı tamamlanaraq məhkəməyə göndərilən işlərin ən çoxu bank və bank olmayan kredit təşkilatları ilə bağlı olub. Həmin sahə üzrə 43 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib.İkinci yerdə özəl sektor gəlir. Bu sahə ilə bağlı 35 vəzifəli şəxs məsuliyyətə cəlb olunub.
Bundan başqa, ticarət üzrə 10, tikinti ilə bağlı 10, yerli icra hakimiyyətləri ilə bağlı 5 vəzifəli şəxs barəsində cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib.