Arannews:Truth.ngo-istinadən xəbər- Beləliklə imperialist qüvvələr dünyanın zəngin təbii ehtiyyatlara sahib dövlətlərinə qarşı müharibə elan edərək, müsəlman ölkələrini (İraq, Əfqanıstan, Suriya, Liviya və sairə) viran qoydular. Necə təzahür etməsindən asılı olmayaraq, bu müharibələr güclülərin zəifi əzməsi hesabına – lap vəhşi təbiətdə olduğu kimi – baş verirBu proseslər zamanı məşhur “parçala və hökmranlıq et” siyasətinin tətbiq edilə bilmədiyi bir neçə müsəlman ölkəsi oldu ki, onlardan biri də İran İslam Respublikasıdır. İslam İnqilabı ilə dünyaya “əzələ” nümayiş etdirən, özülünü İslam dininin əsasları üzərində quran, şəriət qaydaları əsasında, xalqın iradəsi ilə idarə olunan İslam Respublikası bu gün beynəlxalq təzyiqlərə məruz qalmasına rəğmən dimdik ayaqda dayanmağı bacarır.
Bu ölkədə baş verən son iğtişaşlarda xalqın hakimiyyətin yanında olduğunu nümayiş etdirən aksiyalar keçirməsi İslam Respublikasını sarsıtmaq istəyənlərə layiqli cavab idi. Dünyaya “demokratiya” dərsi keçən, “sivil cəmiyyət” fikiri sırıyan, liberal qaydalardan danışan ABŞ və Qərb son iğtişaşlardan sonra İran qarşısında bir daha məğlub olduğunu anladı. Bu məğlubiyyəti İrandakı iğtişaşlar zamanı əlinə bayraq götürərək türkçülük ideologiyasını qabardan, “Boz Qurd” sloqanını özünə həyat devizi edən, qonşu dövlətdə baş verən hadisələrə ürəkdən sevinən “türkçülər” də anlamamış deyillər. Az qala İran İslam Respublikasının parçalandığını, mövcud hakimiyyətin süquta uğradığını özlərinə aid səhifələrdə paylaşıb “qələbəni” bayram edən türkçülərin əməlləri əslində normal təfəkkürə sahib insanlarda gülüşdən başqa bir şey doğurmadı. Sözügedən qüvvələr və toplum anlamadı ki, İran, İslam İnqilabı edib uzun illərin diktator şah rejimini devirən, illərdir ABŞ və Qərbə meydan oxuyan, sanksiya və təzyiqlərə rəğmən ayaqda dayanmağı bacaran bir dövlətdir. 5-10 nəfər azğının küçəyə çıxıb qışqırması ilə, İslam Respublikasının dağılacağına ümid bəsləyənlər ən yaxşı halda çox sadəlövhdürlər. Hətta amerikalı məşhur geosiyasət mütəxəssisi George Friedmanın tələbəsi Kamran Buxari (birgə Geopolitical Futures araşdırma mərkəzini idarə edirlər) “İranın etirazları öz içində həll etmək imkanlarının güclü olduğunu, xalq və dövlətin proseslərin sonunda dil tapmağı bacardığını yazır. O, əsl təhlükənin İranı deyil, Qərb və ABŞ-ın diqtəsi ilə oturub-duran, İslam Respublikasına düşmən münasibəti sərgiləyən monarx ərəbləri gözlədiyini bildirir.
Bütün bunlar bir yana, İrandakı son iğtişaşlar Azərbaycandakı Qərb meyllilərin və türkçülərin iç üzünü də ortaya qoydu. Onlar Azərbaycanla ortaq milli-mənəvi və dini dəyərlərə sahib olan İran İslam Respublikasına qarşı bu qədər aqressiya nümayiş etdirməklə, əslində hər iki ölkənin dostluq əlaqələrinə zərbə vurduqlarının fərqində deyillər. Yaxud bilərəkdən kimlərinsə diqtəsi ilə bu cür mövqe sərgiləyərək hər iki dövlətin əlaqələrini zərbə altında qoymağa çalışırlar. Bu qüvvələr hətta torpaqlarımızı işğal edənin, milyondan çox insanı öz yurd-yuvasından didərgin salanın, müsəlman ölkələrini viran qoyanın İran İslam Respublikası yox, “demokratiya” çarçısı ABŞ və onun havadarlıq etdiyi xristian dövlətləri olduğuna da göz yumurlar. Görünür qərbin pulları ilə yaşamaq, onun mənfur ideyalarını dəstəkləməkdən başqa alternativ qoymur. Əks halda həqiqəti görmək elədə çətin olmazdı.
İran və Azərbaycanın dövlətçilik ənənələrinin tarixi kökləri mövcuddur. Hər iki dövləti Əhli-beyt məmləkəti olması, milli adət-ənənələrimizi özündə cəmləşdirən Novruz bayramının yüksək səviyyədə qeyd edilməsi, ən əsasıŞah İsmayıl kimi tarixi bir şəxsiyyət birləşdirir. Maraqlıdır görəsən ABŞ və Qərb dövlətləri ilə Azərbaycanı hansı dəyərlər birləşdirir?
Bu gün Fransada, ABŞ-da, Türkiyədə eləcə də digər Qərb dövlətlərində baş verən hadisələrə Azərbaycan da daxil müxtəlif ölkələrdən dəstək nümayiş etdirilir. Bu zaman heç kəs dəstəkçiləri qərbpərəst, türkiyəpərəst adlandırmır və ittiham etmir. Amma İranda baş verən hadisələrə öz münasibətini sərgiləyən, İslam Respublikası hakimiyyətinə dəstək nümayiş etdirən insanlara həmin andaca “İranpərəst” damğası vurulur. Bütün bunlar Azərbaycanda fəaliyyət göstərən əksər təhlilçilərin, siyasi analitiklərin dünyada baş verən proseslərə birmənalı yanaşdığını da ortaya qoyur. Bu gün İranda baş verən prosesləri şərh edən əksər siyasi analitiklər məsələyə ABŞ və Qərbin mövqeyindən yanaşırlar. Hadisələrin təsnifatını izləyib, olanları doğru analiz edib, ictimaiyyətə dəqiq məlumat vermək haqda isə heç kim düşünmür. Kimin “çörəyi” hardan gəlirsə, flyüger kimi o tərəfə də əsir. Əslində sərgilənən bu cür mövqeyin səbəbi bəllidir. Hər vəchlə İranı parçalamaq və bu ölkəni də imperializmin qurbanına çevirmək. Hədəf isə İslamı yox etməkdir. Sionizmin bu məkrli planının qarşısında dayanan yeganə dövlət isə İran İslam Respublikasıdır. İran İslam Respublikasının “Böyük Şeytan”la apardığı müharibə haqq və batilin mübarizəsidir. Sonda isə mütləq Haqq qələbə çalacaq.