Tarix : 2018 Jan 18
Kod 54106

Netanyahu buradan rədd ol

Sionist rejiminin baş naziri Benyamin Netanyahu iki gün öncə Hindistana bir həftəlik səfərə getmişdi.
Arannews-Hindistanın müxtəlif bölgələrində xüsusilə də Kəşmirdə Benyamin Netanyahunun səfərinə qarşı kütləvi etiraz aksiyaları keçirilib.
Aksiyalarda İran İslam İnqilabının banisi Ayətullah Xomeyninin və hazırki Ali lider Ayətullah Seyid Əli Xameneinin fotolarını daşıyan etirazçılar “İsrailə ölüm”, “Netanyahu buradan rədd ol!” şüarları səsləndiriblər.
Benyamin Netanyahunun Hindistana bir həftəlik səfəri çərçivəsində iki ölkə arasında bəzi müqavilələr imzalanmalıdır.
Benyamin Netanyahu bu səfəri çərçivəsind çıxışlarının birində Hindistan hökumətindən BMT Baş Assambleyasının iclasında Qüdslə bağlı Təl-Əvivin lehinə səs vermədiyinə görə gileylik edib.

 

  • Yazılıb
  • da (də) 2018 Jan 18
  • Göndərən مدير سايت Aran News