Sionist rejimi qüvvələri İordan çayının qərb sahilində Cenin şəhərinə basqın ediblər. 30 hərbi maşından ibarət bu basqına bir neçə fələstinli silahla müqavimət göstərib.
Arannews-İslaminSesi.info əl-Məyadin telekanalına istinadla xəbər verir ki, silahlı qarşıdurma zamanı Əhməd Nəsr Cərrar şəhid olub və daha iki fələstinli həbs edilib.
Fələstinlilər iki Sionist rejimi əsgərini yaralaya biliblər. Onların birinin vəziyyəti ağırdır.
Sionist rejimi qüvvələri iddia edib ki, Əhməd Nəsr Cərrar ötən həftə Nablus şəhərində bir yəhudi xaxamına edilən hücumu həyata keçirib.
Şəhid Əhməd Cərrar 2002-ci ildə Qüds İntifazəsində şəhid olan Nəsr Cərrarın oğludur.
İsrail qüvvələri daha sonra şəhid Əhməd Cərrarın evini uçurublar.
ShareFacebookTwitterGoogle+LinkedInTumblrWhatsApp