Tarix : 2008 Jun 22
Kod 5411

NƏCCAR: VİRANEDİCİ CAVAB VERƏRİK

Bu hədələr psixoloji bir müharibədir. Onların hədəfləri odur ki, İran öz haqqı olan nüvə fəaliyyətindən vaz keçsin
Iran Servisi/Aran Agentliyi

İranın Müdafiə Naziri İsrailin yeni keçirdiyi hərbi təlimlərinə münasibət bildirib.

İslam-Azeri-nin İran Mətbuatına istinadlı xəbərinə görə İranın Müdafiə Naziri Mustafa Məhəmməd Nəccar İsrailin yeni keçirdiyi hərbi təlimlərinə münasibət bildirərək ABŞ kəşfiyyatının bu təlimin İrana İsrail hücumu üçün edildiyinə cavab verib.

İran müdafiə naziri İsrailin İrana hücum edəcəyi təqdirdə sionist rejimi viranedici və sərt bir cavab ilə peşman edəcəklərini açıqlayıb.

"Bu hədələr psixoloji bir müharibədir. Onların hədəfləri odur ki, İran öz haqqı olan nüvə fəaliyyətindən vaz keçsin. Lakin bunun əksinə olaraq İran bütün vasitələrdən istifadə edib öz hüququndan yararlanacaq. Həmçinin İran Ordusu mümkün hücumlara qarşı rüsvayedici, viranedici və sərt ağır zərbələr ilə cavablandıracaq"-deyən İranın Müdafiə Naziri Mustafa Məhəmməd Nəccar hücum söz söhbətlərinin danışıqlara maneə yaratmaq istəkləri olduğunu bildirib.

O həmçinin İranın ilk öncə hücuma başlamayacağını və ona qarşı hücuma isə layiqincə cavab verəcəklərini də önə çəkib.

  • Yazılıb
  • da (də) 2008 Jun 22