Tarix : 2018 Jan 18
Kod 54110

Ərdəbil Universitetləri Tələbə Bəsicinin 19 Yanvar münasibətilə Bəyanatı: 19 Yanvar Azərbaycanın islami kimliyə qayıtdığı gündür

Ərdəbil Universitetləri Tələbə Bəsicinin Mövqeini Açıqlayan Şura “Dünya Müsəlman Azəriləri Günü”nün yaxınlaşması münasibətilə bəyanat yayaraq bu günü uca tutub. Bəyanatda vurğulanır: “19 Yanvar Azərbaycanın islami kimliyə qayıdışı günüdür.”

Arannews-Qafqaz Mədəniyyət Mərkəzi – Ərdəbil Universitetləri Tələbə Bəsicinin Mövqeini Açıqlayan Şura “Dünya Müsəlman Azəriləri Günü”nün yaxınlaşması münasibətilə bəyanat yayaraq bu günü uca tutub. Bəyanatda vurğulanır: “Şübhəsiz, müsəlman azərilərin bu addımı onların siyasi ayıq-sayıqlığının və azadlıqsevərlik hissinin inkişafını, müstəqillik istəyi təfəkkürünün başlanmasını, milli və dini kimlik və mədəniyyətinə qayıtması və öz tarixi Vətəninə dönməsi üçün böyük qiyamını göstərir.”
Bəyanatda deyilir: “28 il öncə 19 yanvar 1990-cı ildə Azərbaycan Respublikasının əhalisindən minlərlə qeyrətli insan soyuq və kəsici qış günlərində Araz çayının sahilinə toplaşdı, “Allahu Əkbər” və “La ilahə illəllah” şüarları səsləndirdi. Rus əsgərləri təslim olmaqdan başqa bir çarə yolu görmədilər. Müştaq azərilər İran və İslama şövq və sevgidən birdən axışaraq kommunizmin qara təfəkkür zəncirlərini və tikanlı məftillərini qırdılar, Araz çayının buz bağlamış suyunu adlayaraq İran İslam Respublikası torpaqlarına qədəm qoydular. Bu böyük uğurun şükrünü yerinə yetirərək İran torpağını öpdülər, məscidlərə, dini məkanlara tərəf axışdılar, İmam Hüseynin (ə) bayrağını və Quranı öpərək sinələrinə sıxdılar.”
Bəyanatın digər hissəsində deyilir: “Şübhəsiz, müsəlman azərilərin bu addımı onların siyasi ayıq-sayıqlığının və azadlıqsevərlik hissinin inkişafını, müstəqillik istəyi təfəkkürünün başlanmasını, milli və dini kimlik və mədəniyyətinə qayıtması və öz tarixi Vətəninə dönməsi üçün böyük qiyamını göstərir.
20 Yanvarda Kommunist Partiyasının sədri Qorbaçovun göstərişi ilə sabiq SSRİ ordusu Bakıya hücum etdi, məzlum və müdafiəsiz Bakı xalqına atəş açdı, 135 nəfəri şəhid etdi, 700 nəfəri yaraladı, amma tarix sübut etmişdir ki, siyasi böhranı tank, hərbi qüvvə və zorakılıqla həll etmək istəyən hər bir rejim sonda süqut etmişdir. 1991-ci ildə SSRİ-nin süqutu bunu bir daha təsdiqlədi.
Ərdəbil Universitetləri Tələbə Bəsicinin Mövqeini Açıqlayan Şura bəyanatının davamında İran və Azərbaycan tarixinə xalqın islami kimliyə və öz ideyalarına qayıdışı kimi düşən 19 Yanvarı uca tutmaqla yanaşı Azərbaycan Respublikası prezidentinə xəbərdarlıq edib ki, Amerika və sionist rejimin sünni-şiə təfriqəçiliyi salması, tədriclə dinin məhvi ilə sonunclanan siyasətlərinin ardınca getməsin, bu ölkənin şiələrini incitməkdən bərk uzaq dursun.
Bəyanatda daha sonra vurğulanır: “Dünyanın bütün müsəlman azəriləri 19 Yanvar gününü milli bir bayram kimi uca tutmalı və bu tarixi günü dəyərləndirmək üçün proqramlar hazırlamalıdırlar.”
Ərdəbil Universitetləri Tələbə Bəsici öz bəyanatında 19 Yanvar gününün uca tutulması istiqamətində bütün dünya azərilərinin nümayəndəsinə özündə yer verəcək və əsasnaməsi olan beynəlxalq təşkilatın yaranmasını və onun müəyyən qayda-qanunlar əsasında hərəkət etməsini təklif edərək bildirib: “Bir qrup nadan və muzdurun Azərbaycan Respublikası müsəlmanları arasında təfriqə salmaq, etnik məsələləri təhrik etmək İran və Azərbaycan Respublikası azəriləri arasında münasibətləri korlamaq istiqamətindəki xəbis təlaşlarını bərk pisləyirik.”
Bəyanatın sonunda Azərbaycan Respublikasının bəzi deputatlarının İranın şərəfli xalqına və dövlət məsullarına qarşı təhqiramiz fikirlərinə işarə olunaraq onlara xəbərdarlıq edilib ki, öz ölkələrinin milli maraqlarını nəzərə almaq və Azərbaycan müsəlmanlarının qanuni tələblərinə hörmətlə yanaşmaqla hislərə qapılaraq söz danışmaqdan çəkinsinlər. Çünki şübhəsiz İran İslam Respublikası qonşu ölkələrlə yaxşı qonşuluğu qorumaq siyasəti istiqamətində hərəkət etmişdir və bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır.
Ərdəbil Universitetləri Tələbə Bəsicinin Mövqeini Açıqlayan Şura daha sonra vurğulayıb: “İran İslam Respublikası və onun şərəfli xalqı bu təhqirləri cavabsız qoymayacaq və məsləhət bildiyi zaman İranın inqilabçı xalqı bu təhqirlərin qətiyyətli cavabını verəcək.”
Bəyanatı imza edənlər:
Universitetlərin Tələbə Bəsici
Ərdəbil Əllamə Təbatəbai Mədəniyyət Əməkdaşları Təşkilatı
Ərdəbil Bintül-Hüda Sədr Mədəniyyət Əməkdaşları Təşkilatı
Nir Azadeqan Mədəniyyət Əməkdaşları Təşkilatı
Nəmin Peyam-Nur Universiteti
Nir Peyam-Nur Universiteti
Rəzi Peyam-Nur Universiteti
Ərdəbil Razi Texniki Kolleci
Ərdəbil Fatimə (ə) Texniki Kolleci
Müqəddəs Ərdəbili Özəl Təhsil Müəssisəsi
Ərdəbil Nuvin Özəl Təhsil Müəssisəsi
Ərdəbil Kənd Təsərrüfatı Tətbiqi Elmi Mərkəzi
Nəmin Yeni Texnologiyalar İnstitutu

  • Yazılıb
  • da (də) 2018 Jan 18
  • Göndərən مدير سايت Aran News