İranın "Sançi" neft tankerinin qəzaya uğraması və bütün ekipaj üzvünün bu hadisədə həlak olması münasibəti ilə Naxçıvanda İran konsulluğunda xatirə dəftəri açılıb.
Arannews-İRİB-nin verdiyi məlumata görə, İran İslam Repsublikasının Naxçıvan Muxtar Respublikasındakı konsulluğunda "Sançi" neft tankerinin qəzaya uğraması və ekipaj üzvlərinin həlak olması münasibəti ilə xatirə dəftəri açılıb.Bu məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İcraedici Şurasının sədri Əli Həsənov Naxçıvan şəhəri icra başçısı habelə, Azərbaycan Xarici İşlər Nazirliyinin Naxçıvandakı idarəsinin işçiləri ilə birlikdə İran konsulluğunda olaraq, İran xalqı və dövlətinə xüsusilə, hadisə qurbanlarının ailələrinə başsağlığı verib, Naxçıvan əhalisi adından bu acıyı paylaşdıqlarını deyiblər. Onlar, hadisə qurbanlarının yaxınlarına səbr diləyiblər.
Bu məlumata görə, Türkiyənin Naxçıvandakı baş konsulunun müavini və bir qrup türkiyəli diplomat ilə birlikdə İran konsulluğunda olaraq, bu acı hadisəyə görə İran xalqı və dövlətinə Türkiyə xalqı və dövləti adından başsağlığı verib.
Baş vermiş acı hadisəyə görə, İranın Naxçıvandakı konsulluq binasında İran bayrağı yarı endirilib.