Tarix : 2018 Jan 19
Kod 54115

"Fatiməyi-Zəhra (s.ə.)" məscidinin həyətindəki daşlar dindarlar tərəfindən boşaldılıb - Video Fotolar - Yenilənib

"Fatiməyi-Zəhra (s.ə.)" məscidinin həyətindəki daşlar dindarlar tərəfindən boşaldılıb - Video Fotolar - Yenilənib

Hədəf14.az xəbər verir ki, Bakıda Yeni Günəşli qəsəbəsindəki "Fatiməyi-Zəhra (s.ə.)" məscidiylə bağlı xoşagəlməz məlumatlar yayılıb. Dindarların dediklərinə görə, ötən gecə məscidin həyətinə tikinti materialları gətirilib. İddialara görə, tikinti materialları məscidin bir hissəsini zəbt etmək üçün istifadə olunacaq. Hazırda hadisə yerinə ezam olunmuş əməkdaşımız adıçəkilən ərazidə xeyli sayda dindar və polisin olduğunu bildirir. Bu saatlara qədər qədər tərəflər arasında heç bir insident qeydə alınmayəb.

Eyni zamanda hələki mövzuyla bağlı heç bir rəsmi açıqlama verilməsə də, inanclı kəsim son vəziyyətdən narahat lduqlarını dilə gətirilər.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsindəki "Fatiməyi-Zəhra (s.ə.)" məscidinin sökülməsi ilə bağlı qərar ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəminin 29 dekabr 2010-cu il tarixli qərarına əsasən məscid QMİ-nin sərəncamına verilmiş, daha əvvəlki bədnam sökülmə qərarı ləğv edilmişdir.

Məsələni diqqətdə saxlayacayıq.

***13:50

Son məlumatlara görə, məscidin həyətinə boşaldılan daş və qum dindarlar tərəfindən təmizlənilib. 

 *** 15:00

Əməkdaşımızın verdiyi son məlumatlara görə dindarlar məscidin həyətinə boşaldılan daşları bir-bir daşıyaraq kənar əraziyə atıblar. Hədəf14.az həmin görüntüləri sizə təqdim edir.

  • Yazılıb
  • da (də) 2018 Jan 19
  • Göndərən مدير سايت Aran News
Açar sözlər