Arannews-Deyerler.org İQNA-ya istinadən xəbər verir ki, bu müqəddəs yerlər terrorçuların məğlubiyyətindən sonra, İraqın Şiə Fondu tərəfindən yenidən bərpa olunmağa başlayıb.
Təkfirçi terrorçular tərəfindən məhv edilən qəbirlər arasında Tel-Afərdəki Saad ibn Aqilin məzarı, İmam Səccadın (ə) qızı Zeynəbi Suğranın (s.ə) məzarı, Sincardakı Zəkirəddin Əl-Aracinin məzarı, İmam Əlinin (ə) övladlarının qəbirləri, eləcə də digər şərif peyğəmbərlərin, övliyaların və salehlərin qəbirləri və məqbərələri var.