Tarix : 2018 Jan 20
Kod 54125

İsrail polisi 6 Türkiyə vətəndaşını saxlayıb

İsrail polisi Qüdsdə Məscidi-Əqsanı ziyarət edən 6 Türkiyə vətəndaşını saxlayıb.
Arannews-FaktXəbər-in məlumatına görə, şahidlər bildiriblər ki, türklər Məscidi-Əqsada qılınan cümə namazından sonra saxlanılıblar.
Saxlanan türklər İsrail polisi tərəfindən Məscidi-Əqsanın içində yerləşən Qədim şəhərin Əl-Xəlil qapısındakı David Polis İdarəsinə aparılıb.
Türkiyə vətəndaşlarının saxlanmasını təsdiq edən İsrail polisi, həbs səbəbinə dair hər hansı açıqlama verməyib.
Türkiyənin İsraildəki səfirliyi və Qüds Baş Konsulluğu da mövzunu yaxından təqib edir.

  • Yazılıb
  • da (də) 2018 Jan 20
  • Göndərən مدير سايت Aran News