“Gürcüstandakı milli azlıqlara dövlət dilinin yüksək səviyyədə tədrisi üçün bir sıra proqramlar nəzərdə tutulub”.
Arannews-Bunu Gürcüstanın təhsil və elm nazirinin müavini Lia Giqauri deyib. O bildirib ki, bu məqsədlə milli azlıqların təhsil aldıqları orta məktəblərə gürcü dili üzrə müəllimlər göndəriləcək.Nazir müavini əlavə edib ki, yeni milli tədris proqramı çərçivəsində 1-6-cı siniflər üçün dərsliklərin seçilməsi prosesi aparılır: “Yeni tədris planı üzrə bu siniflər üçün müxtəlif müəlliflərin dərslikləri hazırdır. Hazırda onlar arasında seçim aparılır. Bütün kriteriyalara cavab verənlərə dərslik statusu veriləcək”. (APA