Tarix : 2018 Jan 20
Kod 54128

"Tülkünün səsi" Nardaranı bəhanə edir əslində şiə hədəfə alınıb

Əslində "Amerikanın səsi" radiosundan ilhamlanaraq "İsrailin səsi" olmağı özünə şərəf bilən bu sosial şəbəkə istifadəçisi türkdən istifadə etmək istəyir.
Arannews-Sosial şəbəkədə "Türkün səsi" ( "Tülkünün səsi" profilini daha çox yaraşdırdım) profilli istifadəçi Nardaran hadisələrini bəhanə edərək əslində şiəlik və şiələri hədəfə alıb. Paylaşdığı statusda çirkin məqsədini axmaqcasına özü tərəfindən ifşa edilib. Əlbəttə bu cür insanların həqiqətdə kimliyi məlum deyil. Saxta profildir, araqarışdıran dairələrdəndir... Amma məlum olan odur ki, əslində "Amerikanın səsi" radiosundan ilhamlanaraq "İsrailin səsi" olmağı özünə şərəf bilən bu sosial şəbəkə istifadəçisi türkdən istifadə etmək istəyir. Amma axmaq anlamır ki, türk dövlətləri olan Türkiyənin, Azərbaycanın, İraq türklərinin İranla çox gözəl münasibətləri, dostluq, qardaşlıq əlaqələri var. Statusunda təhqir etdiyi və ölkəmizdə yaşayan şiələrin çox faizi də türkdür. 
"Tülkünün səsi" olan İsrail profilinin şiə düşməni olması ondan bilinir ki, statusunda açıqca şiəni hədəfə alaraq güya dövlətə təklif verərərk yazır ki, Nardaranın böyüdülmə bəhanəsilə camaatı oradan pərakəndə edilməli, onlara ev təklif edilməlidir: "ibadət edən şiələrin sayı ən aza endirilsin"
Bu profil Nardaranı İranla bağlayır və İran rəhbərlərinin rəsmlərini statusa qoyub "İran yuvasına son qoyulmalıdır" yazır. Məlum olur ki, İran və şiə (İran şiə dövlətidir) düşməni olan bu tip İsrail-Ali Səud muzdurlarındandır. Belə olmasaydı nə üçün ölkədə artan vəhabilərdən deyil Nardarandan yazır. Halbuki ölkəmizin müxtəlif yerlərində - o cümlədən paytaxt Bakıda, Sumqayıtda, Gəncədə vəhabilərin sayları artır, xüsusən də Sumqayıtı atışma zonasına döndəriblər. Hər yerdə məscidləri var, ruhaniləri də Səudiyyədə oxuyub gəlir. Özləri təkfirçi, "cihadçı" insanlardır. Bir o qədəri də Suriyaya, İraqa gedib terrorçu İŞİD-ə qoşulub. Dövlət onların fitnə dolu çayxanalarını basmaqdan, məscidlərini bağlamaqdan, liderlərini həbs etməkdən yorulub. Nə üçün "Tülkünün səsi" bir dənə də olsun "vəhabi" sözünü yazıb dövlətə təklif vermir.
"Tülkünün səsi" sayıqlayandan sonra yazır ki, bu xoş istək bəhanəsi (Nardaranın böyüdülməsi, insanlara ev verilməsi) altında Nardaran sökülüb dağıdılmalıdır. "Niyəsini" də belə izah edir ki güya bununla dünyəviliyimizi qoruyub saxlaya biləcəyik. (Güya ki, indiyədək Azərbaycan İslam dövləti idi, Nardaran da onun paytaxtı idi) Yəni bəhanə işlədən bu tülkü dövlətə də bir növ tülkülük öyrədir. Bu cür tülkülərə İran-şiə əleyhinə ulaması üçün İsraildə, Səudiyyə Ərəbistanında təlim görürlər. Nə birincidir, nə də axırıncı. 
Bu cür adamlar müvafiq orqanlar tərəfindən araşdırılmalı, təxribatın qarşısı tezliklə alınmalıdır – deyərdim, amma şiəni narahat etdiklərini düşünərlər, qoltuqlarının altı şişər.
  • Yazılıb
  • da (də) 2018 Jan 20
  • Göndərən مدير سايت Aran News