Tarix : 2018 Jan 21
Kod 54134

Polkovnikin minaya düşdüyü deyilir

Yanvarın 20-də Azərbaycan ordusunun zabiti, polkovnik Rəhim Əhməd oğlu Əliyev minaya düşərək həlak olub.

Arannews-meydan.tv-Bu barədə sosial şəbəkələrdə onun yaxınları, hərbçi dostları məlumat paylaşıblar. Məlumata görə, hadisə Füzuli rayonunda baş verib. Mina axtaran zaman partlayış olub. Hadisə zamanı daha bir hərbçinin yaralandığı deyilir.
Məlumatda o da bildirilir ki, hazırda polkovnikin nəşi Bakıya gətirilir, yanvarın 21-də onunla vida mərasimi keçiriləcək.
Lənkəran şəhərində anadan olan, 1967 təvəllüd Rəhim Əliyev, Qarabağ savaşının iştirakçısıdır. Qarabağ qazisi Rey Kərimoğlu öz “Facebook” səhifəsində onun Azərbaycanın Milli Qəhrəmanı, Fred Asif kimi tanınan polkovnik-leytenant Asif Məhərrəmovun dəstəsində vuruşduğunu yazıb.
Müdafiə Nazirliyi hadisə ilə bağlı rəsmi məlumat yaymayıb. İş günü olmadığından münasibət öyrənmək də mümkün deyil.

  • Yazılıb
  • da (də) 2018 Jan 21
  • Göndərən مدير سايت Aran News