Tarix : 2018 Jan 21
Kod 54136

Dindarlar Şəhidlər xiyabanını ziyarət edib - Fotolar

Dindarlar Şəhidlər xiyabanını ziyarət edib - Fotolar

Arannews: Azərbaycanda 20 Yanvar faciəsinin 28-ci ildönümü qeyd olunur.

Hədəf14.az xəbər verir ki, səhər saatlarından etibarən soyuq hava şəraitinə, əsən güclü küləyə baxmayaraq, on minlərlə insan Şəhidlər xiyabanına üz tutaraq Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canlarından keçən şəhidlərin məzarlarını ziyarət edirlər.

Şəhidlər gününü unutmayan inanclı kəsim də onların ruhunu şad etmək üçün xiyabana üz tutublar.

Cümə məscidinin axundu hacı Surxay Məmmədlinin təşkilatçılığı ilə dindarlar məsciddə toplaşıb namaz qıldıqdan sonra Şəhidlər Xiyabanına doğru yürüş ediblər. Şəhidlərin məzarı üstə dualar edilib, Allahdan mərhumlara rəhmət dilənib. 

Ziyarətdə tanınmış ilahiyyatçılar və ictimai xadimlər də iştirak edib.

Hədəf14.az həmin görüntüləri təqdim edir.

 

 

  • Yazılıb
  • da (də) 2018 Jan 21
  • Göndərən مدير سايت Aran News