Tarix : 2018 Jan 21
Kod 54138

Şərqi Azərbaycan valisinin müavini: Təbriz-2018 İran-Azərbaycan münasibətlərini genişləndirmək üçün yaxşı fürsətdir

Şərqi Azərbaycan valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Təbriz-2018-i İran və Azərbaycan Respublikası münasibətlərini müxtəlif sahələrdə genişləndirmək üçün gözəl fürsət adlandırıb.

AranNews-in verdiyi məlumata görə, Şərqi Azərbaycan valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Azərbaycan Respublikasının Təbrizdəki baş konsulunu qəbul edib. Rəhim Şöhrətifər bu görüşdə vurğulayıb: “2019-cu il üçün Bakının İslam turizm paytaxtı adlanmasına diqqət etməklə bu sahədə Təbriz-2018 təcrübəsi faydalı ola bilər. Ona görə də iki ölkə arasında fikir mübadiləsi və əməkdaşlıq zəruridir.”

Təbriz və Azərbaycan Respublikası əhalisinin dil, din və mədəniyyət ortaqlıqlarına işarə edən müavin deyib: “Təbriz-2018 olayında ən çox gözləntimiz ən çox yaxın olduğumuz və ortaq bağlantılara malik olduğumuz ölkədəndir.”

R. Şöhrətifər Təbrizdə bir çox turizm cazibəliklərinin olduğunu vurğulayaraq Azərbaycan Respublikasının fəal turizm şikrəklərini Təbrizə səfər etmək üçün təşviq yaratmalarını istəyib. Habelə, bu ölkənin KİV əməkdaşlarını Təbrizin mədəniyyət və adət-ənənələri ilə tanış olmağa çağırıb.

Siyasi və təhlükəsizlik məsələləri üzrə vali müavini Təbriz-2018 istiqamətində Nizami Gəncəvi Beynəlxalq Konfransının da keçiriləcəyini bildirib.

Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu da öz növbəsində Təbriz-2018 istiqamətində hər cür əməkdaşlıq etməyə hazır olduğunu bildirərək deyib: “2018-ci üçün Naxçıvan da İslam mədəniyyət paytaxtı kimi seçilmişdir. Ona görə də biz bu il çox gözəl əməkdaşlıq edə bilərik.”

Əliyyənnağı Hüseynov Azərbaycan Respublikası vətəndaşlarının problemlərinin həllinə əhəmiyyət verdikləri üçün Şərqi Azərbaycanın dövlət məsullarına minnətdarlıq edərək deyib: “Dost və qardaş İran ölkəsi, xüsusilə də Şəqri Azərbaycan əyaləti ilə elm, texnologiya, iqtisadiyyat, mədəniyyət və turizm sahələrində hər cür əməkdaşlıq etməyə hazırıq.”

Görüşdə Təbriz-Bakı aviauçuşlarının yenidən bərpası, Azərbaycan vətəndaşlarının Təbrizin müalicə mərkəzlərinə müraciət edə bilmələri, bu sahədə problemlərin aradan qaldırılması barədə fikir mübadiləsi aparılıb.

  • Yazılıb
  • da (də) 2018 Jan 21
  • Göndərən مدير سايت Aran News