Tarix : 2018 Jan 21
Kod 54140

Yəmənin şimalında onlarla sudanlı muzdlu öldürülüb

Yəmən mənbələri bu ölkənin şimalında ordu və xalq komitələri qüvvələri ilə Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələri arasında gedən döyüşlərdə onlarla sudanlı muzdlunun öldürülməsindən xəbər verib.
Arannews-Əl-Aləm kanalının verdiyi məlumata görə, Ərəbistanın başçılıq etdiyi koalisiyanın tərkibində savaşan bir qrup sudanlı muzdlu cümə günü Yəmən ordusu və xalq komitələri qüvvələrinin Həccə vilayətində, Midi səhrasında qurduğu pusquya düşüb. 
Yəmənli qüvvələr bu əməliyyat zamanı sudanlı muzdluları daşıyan 7 hərbi maşını məhv ediblər. 
Digər tərəfdən Yəmən ordusu və xalq komitələri qüvvələrini snayperləri Cizan sərhəd məntəqəsində 5 Ərəbistan hərbçisini öldürüblər. 
Daha 2 Ərəbistan hərbçisi də Ərəbistanın cənubunda, N əcran məntəqəsində bir hərbi bazayada snayperlər tərəfindən vurularaq, öldürülüb. 
Ərəbistan 2015-ci ilin martından ABŞ-ın yaşıl işığı ilə Yəmənə qarşı hərtərəfli təcavüzlərə başlayıb. Ərəbistan Yəməni qurudan, sudan və havadan mühsirəyə alaraq, bu ölkəyə humanitar yardımların gətirilməsinə də mane olur. İndiyə kimi Yəməndə Ərəbistanın hücumları nəticəsində on minlərlə insan həlak olub və yaralanıb. Milyonlarla insan isə evsiz-eşiksiz qalıb. 
Yəmənli qüvvələr təcavüzkarlara cavab olaraq davamlı şəkildə Ərəbistana bağlı qüvvələrin bazaları və mövqelərini hədəfə alırlar. 
  • Yazılıb
  • da (də) 2018 Jan 21
  • Göndərən مدير سايت Aran News