Tarix : 2018 Jan 22
Kod 54150

Xanım Zeynəbin (s.ə) mübarək mövludu Marneulidə qeyd edildi -

Xanım Zeynəbin (s.ə) mübarək təvəllüdü münasibəti ilə Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti tədbir keçirib
Arannews-İslamazeri.com "ahlibeyt.ge" saytına istinadən xəbər verir ki, Xanım Zeynəbin (s.ə) mübarək təvəllüdü münasibəti ilə Gürcüstan Əhli-beyt (ə) cəmiyyətində və müxtəlif bölgələrdə dərs alan tələbələr, valideynlər, həmçinin müəllimlərlə birlikdə tədbir keçirilib.
Məclis Əhli-beyt (ə) cəmiyyətinin müəlliməsi Kərbəlayi Esmiranın aparıcılığı və Quran qarisi İntizar Hacıyevin Quran tilavəti ilə başlayıb.
Əhli-beyt (ə) cəmiyyətinin müəlliməsi Muluxsa Həsənova çıxış edərək Həzrəti Zeynəbin (s.ə) həyatından və fəzilətindən danışaraq bildirib ki,  Aşura qiyamı, İmam Hüseynin (ə) şəhadəti ilə son məqsədinə çatmamışdır, əksinə onun hidayət və rəhbərliyi Əlinin (ə) qızı və Hüseynin (ə) bacısı xanım Zeynəbin (s.ə) vasitəsi ilə baş vermişdir. 
Məclisdə qonaq olan Kərbəlayi Ramin və Məşədi Anar Xanım Zeynəbin (s.ə) və Məsumların (ə) şəninə ilahilər səsləndiriblər.
Həmçinin Əhlibeyt (ə) cəmiyyətində dərs alan tələbələrin arasında Məsumlardan 40 hədis mövzusunda yarışmanın qaliblərinə və hicablanan tələbəyə hədiyyələr təqdim olunub.
Əhli-beyt (ə) cəmiyyətinin tələbələri Günay Əliyeva, Fatimə, Emilya Rəhimova, Aylin Hümbətova, Nigar Məmmədova, Aysun Paşayeva, Fatimə Bozduyeva və Fidan Bozduyeva Xanım Zeynəbin (s.ə) və Məsumların (ə) şəninə şeirlər səsləndirdilər. 

  • Yazılıb
  • da (də) 2018 Jan 22
  • Göndərən مدير سايت Aran News