Tarix : 2018 Jan 22
Kod 54152

DÖVLƏT ZÜLM VƏ QAN AXITMAQLA MÖHKƏMLƏNƏ BİLMƏZ

İmam Əlinin (ə) dövlətçilik ayinlərinə baxışı
Arannews:nur-az.com-İslam şərq və qərbdən fərqli olaraq zülm və qan axıtmaq vasitəsi ilə hökumətin möhkəmlənməsini qəbul etmir. Qan tökülməsi hökumətin sütunlarını laxladır, hakimiyyət dəyişikliyinə səbəb olur.
İslamın bu baxışı insan kəramətinə etiqaddan qaynaqlanır. İnsan hər fərdi o qədər kəramətli sayır ki, fərdin öldürülməsini toplumun öldürülməsi, fərdə həyat verilməsini topluma həyat verilməsi kimi qəbul edir. Həzrət buyurur:
إِيَّاكَ وَالدَّمَاءَ وَسَفْكَهَا بِغَيْرِ حِلِّهَا، فَإِنَّهُ لَيْسَ شَيْءٌ أَدْعَى لِنِقْمَة، وَلاَ أَعْظَمَ لِتَبِعَة، وَلاَ أَحْرَى بِزَوَالِ نِعْمَة، وَانْقِطَاعِ مُدَّة، مِنْ سَفْكِ الدِّمَاءِ بِغَيْرِ حَقِّهَا، وَاللهُ سُبْحَانَهُ مُبْتَدِىءٌ بِالْحُكْمِ بَيْنَ الْعِبَادِ، فِيَما تَسَافَكُوا مِنَ الدِّمَاءِ يَوْمَ الْقِيَامةِ، فَلاَ تُقَوِّيَنَّ سُلْطَانَكَ بِسَفْكِ دَم حَرَام، فَإِنَّ ذلِكَ مِمَّا يُضْعِفُهُ وَيُوهِنُهُ، بَلْ يُزيِلُهُ وَيَنْقُلُهُ
“Nahaq qan tökməkdən çəkin. Çünki Allahın qəzəbini qan tökmək qədər oyadan ikinci iş yoxdur. Qan tökmək neməti əldən çıxarır, ömrü qısaldır. Allah Qiyamət günü ilkin olaraq qətli araşdırar. Belə ki, hökumətini haram qan tökməklə möhkəmləndirmə. Çünki haram qan axıdılması hökuməti zəiflədən işlərdəndir. Bu iş hətta hökuməti məhv edib, bir başqası ilə əvəz edər.”
  • Yazılıb
  • da (də) 2018 Jan 22
  • Göndərən مدير سايت Aran News