Tarix : 2018 Jan 23
Kod 54157

"Maarifçiliyə Dəvət" İB Şimalda Xanım Zeynəb (ə) - in mövludunu belə qeyd edib - - Fotolar

"Maarifçiliyə Dəvət" İB Şimalda Xanım Zeynəb (ə) - in mövludunu belə qeyd edib -
َArannews-Hədəf14.az xəbər verir ki, bu gün İslam aləminin əziz xanımlarından biri hz  xanım Zeynəbin (ə) mübarək mövlud günüdür. Bu münasibətlə ölkənin müxtəlif  yerlərinə bayram qeyd edilir. Həmin tədbirlərdən biri də “Maarifçiliyə Dəvət” İctimai Birliyin Şimal nümayəndələri tərəfindən təşkil edilib. Xaçmaz və Xudatda baş tutan aksiyada mövlud münasibətiylə xanımlara güllər paylanılıb. Onlara xanımın həyatından və fəzilətlərindən bəhs edilib. Əhali tərəfindən müsbət qarşılana aksiyanın hər zaman davam etməsini arzulanıb. 

Birliyin sədri hacı Elçin Manafov da öz növbəsində bugünki gün münasibətilə bütün Əhlibeyt sevərləri, xüsusən də xanımları səmimi qəlbdən təbrik edib. O, hər kəsə İslam yolunda tutduqları mövqeydə sabit qədəm olmasını arzu edib.

Biz də bütün müsəlmanları xanım Zeynəbin (ə) mövludu münasibətiylə təbrik edirik!

Hədəf14.az həmin görüntüləri sizə təqdim edir.

  



  • Yazılıb
  • da (də) 2018 Jan 23
  • Göndərən مدير سايت Aran News