Ötən gün İran İslam Respublikasında "Məscidul-Əqsanın Müqavimət oxunun uğurları ilə birlikdə qurtuluşu" mövzusunda Strateji Araşdırmalar və Milli Müdafiə İnstitutu və Universitetində keçirilən konfrans işinə başlayıb
Arannews-onfransda İranın hökumət və hərbi rəsmiləri, həmçinin HƏMAS-ın əmasın İrandakı nümayəndəsi Doktor Xalid kadumi iştirak edir. İslaminSesi.info "RASThaber"-ə istinadla xəbər verir ki, toplantıda çıxış edən Xalid əl-Kaddumi sionist İsrail rejimi ilə münasibətlərin normallaşdırılması xəncərinin Fələstin xalqını yaraladığını bildirib və bu prosesin, eyni zamanda Fələstin xalqının sionist rejim tərəfindən amansızcasına öldürülməsinin dayandəırılmalı olduğuna çağırıb.
"Biz bu gün hansı Qüdsdən bəhs edirik və ərəb və müsəlman siyasətçilər orqanlarında və təşkilatlarında hansı Qüdsdən bəhs edirlər. Qərbi Qüds, yoxsa Şərqi Qüds? Qərb Qüds bütün Qüds şəhərinin ümumi sahəsinin 84 faizini təşkil eir, hər kəsin uğrunda döyüşdüyü mövcud Şərqi Qüdsün ümumi sahəsinin bütün Qüds şəhərinin 11 faizi qədər olduğunu bilirsinizmi? Bütün bu səylər, şəhidlər və sökülən evlər, sadəcə Qüds şəhərinin 11 faizi üçün olmalıdır yoxsa hamısı üçün?!"
HƏMAS nümayəndəsi daha sonra, ABŞ prezidenti Donald Trampın Qüdsü işğalçı İsrailin paytaxtı kimi tanıdıqları barədə verdiyi qərara toxunub.
"Trampın mübahisəli qərar alması barədə şübhə yoxdur, amma bu, gözlənilməz bir qərar deyildi, müəyyən bir zaman çərçivəsində və cədvəlində meydana gəldi. 1993-ci ildə keçirilən Oslo Müqaviləsi və eyni zamanda Amerika Konqresinin 1995-ci ildə "Qüds qanunu" kimi tanınan qərarı və Obamanın hərəkət və təzyiqləri baş verdikcə, nəhayət, bu qərar Tramp tərəfindən tətbiq edildi.
Trampın bu mübahisəli qərarı, Ərəb və İslam dünyasının zəifliyi, radikal sionist hökumətin başa gəlməsi və sionist rejimlə münasibətləri normallaşdırmağa doğru gedən hərəkat kimi qabarıq hadisələrlə bərabər inkişaf etmişdir.
Ərəb və İslam dünyasının reaksiyaları, nitq və fikir bildirməkdən o yana keçmədi və Birləşmiş Millətlər Təşkilatı da Amerika əleyhinə bir tədbir görməkdə və qərar almaqda uğursuz oldu.
Mətbuat açıqlamaları və qınamalarla kifaytlənilməməlidir, Amerika Birləşmiş Ştatlarına qarşı çəkindirici diplomatik hərəkətlər artırılmalıdır. Ediləcək ən minimum şey səfirlərin çağırılması və diplomatik əlaqələrin səviyyəsinin azaldılmasıdır. Son söz olaraq, sionist rejimlə əlaqələri normallaşdırma sırası və fələstinlilərin öldürülməsi durmalıdır."