Tarix : 2018 Jan 24
Kod 54172

Azərbaycanda irfani məqalələr toplusu kitab şəklində çap edilib

İran İslam Respublikasının Bakıdakı səfirliyinin mədəniyyət attaşesinin təşəbbüsü ilə ədəbi və irfani məqalələr “Kəşkül” kitabında toplanaraq çap edilib.
AranNews-in İslami Münasibətlər və Mədəniyyət Təşkilatının informasiya mərkəzinə istinadla verdiyi məlumata görə, onlarla ədəbi və irfani məzmunlu məqalə “Kəşkül” kitabında yer almışdır. Bu məqalələr Nəsib Göyüşov tərəfindən toplanmışdır. Kitabda fars dili və ədəbiyyatına aid də çeşidli məqalələr maraqlananların və təhqiqatçıların ixtiyarına verilmişdir.

“Bakı farsca əlyazma əsərlərinin təhqiqinə baxış”, “İran sivilizasiyasında irfani kimliyin tanınması”, “Mövlananın düşüncə və ideoloji aspektlərinə baxış”, “Azərbaycan ədəbiyyatında fars dili və ədəbiyyatının təsir aspektləri”, “İran mədəniyyət və ədəbiyyatında nur simvolunun aspektlərinə baxış” çap olunmuş kitabın məqalələri sırasındadır.


  • Yazılıb
  • da (də) 2018 Jan 24
  • Göndərən مدير سايت Aran News