Tarix : 2018 Jan 24
Kod 54173

Kvirikaşvili: “Ərazi bütövlüyü regional münaqişələrin həlli üzrə danışıqların təməl daşı olmalıdır”

“Ərazi bütövlüyü regional münaqişələrin həlli üzrə danışıqların təməl daşı olmalıdır”.
Arannews-APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Davosda keçirilən Dünya İqtisadi Forumunun “Avrasiya: strateji perspektiv” sessiyasında deyib.
Baş nazirin sözlərinə görə, ərazi bütövlüyü əsas məsələdir və şübhə altına alınmamalıdır: “Əks halda biz yalnız regionda deyil, bütün dünyada xaos əldə etmiş olarıq”.
G.Kvirikaşvili deyib ki, Gürcüstanın Qərbə meylliyi ilə bağlı siyasəti nə Rusiya, nə də digər qonşu ölkələrə qarşı yönəlib.


  • Yazılıb
  • da (də) 2018 Jan 24
  • Göndərən مدير سايت Aran News