Tarix : 2018 Jan 24
Kod 54174

Myanmada 100 il tarixi olan məscid söküldü

Myanmada 100 ildən daha çox tarixi olan bir neçə məscid
Arannews-Maide.Az “İQNA”-a istinadən xəbər verir ki, Myanmalı rəsmilər bu tarixi məscidi bölgədə yerləşən İslami əsərlərin məhv edilməsi siyasətinin davamı kimi bilərəkdən və planlı şəkildə dağıdıb. 
Məscid Myanmada müsəlmanların sıx yaşadığı Arakan əyalətinin Mengedu şəhərində Dargə kəndidə yerləşirdi. On illlərlə möhkəm dayanan bu məscidin bir neçə gün öncə dağıdıldığı bildirilir. 
Qeyd edək ki, Məsciddə bir neçə il öncə təmir və bərpa işləri görülmüş, divarları bərkidilmişdi. 
Xatırladaq ki, indiyədək Myanmada 100 ildən daha çox tarixi olan bir neçə məscid ötən ilin Avqust ayından sonra bölgədə yaşayan müsəlmanlara qarşı hökumətin və ifratçı buddistlərin hücumları nəticəsində dağıdılıb.
  • Yazılıb
  • da (də) 2018 Jan 24
  • Göndərən مدير سايت Aran News