Tarix : 2018 Jan 25
Kod 54179

Moskvada Xanım Zeynəbin (s.ə) mövlud günü qeyd olunub

Dünyanın əksər yerlərində olduğu kimi Rusiyada da İslam Peyğəmbərinin (s) nəvəsi, Kərbəla həqiqətlərini dünyaya çatdıran, Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı

Arannews-Həzrət Zeynəbin (ə) doğum günü geniş şəkildə qedy olunur.

Moskvada yerləşən Hüseyniyyədə keçirilən mövlud mərasimi Qurani Kərimin oxunması ilə başlayıb.
Tanınmış rühani Seyid Rəşid Talıblı məsumlarla əhatə olunan Xanım Zeynəbin həyatından qonalaqra məlumat verib. Onun tək müsəlman dünyası üçün yox, bəşəriyyətə nümunə olduğunu qeyd edib.
Mərasimdə çıxış edən digər natiqlər bu günün əhəmiyyətinə toxunublar. Əhli-Beytin islam dini üçün dini yaşaması üçün nə demək olduğunu vurğulayıblar.
Tədbir məddahların çıxışları və bayram süfrəsinin verilməsi ilə başa çatıb.

  • Yazılıb
  • da (də) 2018 Jan 25
  • Göndərən مدير سايت Aran News