Bir zamanlar müsəmanlar və miqrantlar əleyhinə aksiyaların təşkilatçılarından biri olan siyasətçi İslamı qəbul edərək siyasəti tərk etdiyini açıqlayıb
Arannews-İslamazeri.com xəbər verir ki, Bir zamanlar müsəmanlar və miqrantlar əleyhinə aksiyaların təşkilatçılarından biri olan siyasətçi, "Almaniya üçün alternativ" partiyasının reqional liderlərindən olan Artur Vaqner İslamı qəbul edərək siyasəti tərk etdiyini açıqlayıb.
Bu haqda Qərb mediası, xüsusilə Alman mediası xəbərlər dərc etməkdədir.
Məlumata görə, 2013-cu ildə miqrantlar, xüsusilə müsəlmanlar əleyhinə təsis edilən "Almaniya üçün alternativ" partiyasının mətbuat katibi Daniel Freze Branderburqda Artur Vaqnerin partiya sıralarını, şəxsi səbəblərə görə tərk edib. "Almaniya üçün alternativ" partiyasının mətbuat katibi Daniel Freze sağyönlü partiya olmalarına baxmayaraq hər bir Almaniya vətəndaşının din azadlıqlarına və dinini seçməyinə hörmətlə yanaşdığını bildirib.
Tagesspiegel - Berlin qəzeti Vaqnerin son zamanlar qaçqınlara yardım etdiyini və bu məsələdə ona heç kəsin təzyiq etmədiyini yazıb.
Andreas Kalbitz adlı "AFD" (Almaniya üçün alternativ) partiyasının əyalət rəsmisi Vaqnerin İslam dinini seçdiyini təsdiq edib.