İsverçrə fəaliyyət göstərən kapitalizm əleyhdarları siyasi partiyalar və ictimai təşkilatların üzvləri ABŞ prezidenti Donald Trampın Davos iqtisadi forumunda iştirakına etiraz əlaməti olaraq mitinq keçirib.
Arannews-Maide.Az xəbər verir ki, “Reuters” –in məlumatına görə, kapitalizm əleyhdarları ABŞ prezident D. Tramp əleyhinə şüarlar səsləndirib. “Tramp bugünkü dünyanın “simasıdır” kimi şüarlar səsləndirən aksiya iştirakçıları Davosda keçirilən iqtisadi forumın ləğv edilməsini tələb edib.
Qeyd edək ki, Solçu partiyalar, Sosial Demokratlar, Yaşıllar Partiyasının üzvləri və digər isveçrəli qurum və təşkilatlar son günlər dəfələrlə ABŞ prezidenti Donald Trampın İsveçrəyə səfər etməsinə qarşı etirazlar təşkil ediblər.
Xatırladaq ki, ABŞ prezidentinin yavar ayının 26-da Davos Forumunun illik iclasında çıxış edəcəyi gözlənilir.