Tarix : 2018 Jan 25
Kod 54188

Təbriz-2018 İslam dünyasının turistlərinə evsahibliyi etməkdə ölkənin nümayəndəsi olacaq

Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri: “Təbriz-2018 ölkəmizin mədəni varlıqlarını tanıtmaq üçün yaxşı fürsətdir. Ona görə də Təbriz-2018 İslam dünyasının turistlərinə evsahibliyi etməkdə ölkənin nümayəndəsi olacaq.”

AranNews-in “Təbrizi-Bidar” saytına əsasən verdiyi məlumata görə, Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Əliəsğər Munisan Tehranda keçirilən Sənaye və Turizm beynəlxalq sərgidə Təbriz pavilyonunu ziyarət edərkən deyib: “Şərqi Azərbaycan əyalətliyi və Təbriz Bələdiyyəsi ilə lazımı əməkdaşlıq yerinə yetirilib və Novruz bayramı ilə eyni zamanda Təbriz-2018-in rəsmi surətdə açılışı olacaq.

Ümidvarıq ki, proqramın Təbrizin adına layiq keçirilməsi istiqamətində özəl qurumlar da bizimlə əməkdaşlıq edəcək.”

Əliəsğər Munisan əlavə edib: “Nümunəvi turizm müqavimət iqtisadiyyatını və əsaslı inkişafı nümayiş etdirir. Mediadan gözləntimiz budur ki, turizm məsələsinə, xüsusilə də Təbriz-2018-ə daha çox diqqət ayırsınlar.”

Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri vurğulayıb ki, İran turizminin dünyaya tanıdılması məqsədilə proqramlar hazırlanıb, yaxın gələcəkdə məqsəd ölkələrdə İran turizminin cazibəlikləri geniş şəkildə təbliğ olunacaq.

  • Yazılıb
  • da (də) 2018 Jan 25
  • Göndərən مدير سايت Aran News