NARDARAN İŞİ: 270 illik cəza, işgəncələr, nəzarətə götürülən kənd
Aran Agentiliyi: Azərbaycan tarixində il sayına görə ən böyük cinayət işi: 270 il azadlıqdan məhrumetmə cəzası... Cinayət Məcəlləsinin 20-dən çox maddəsi ilə ittiham olunan 17 nəfər. Vəkillərin təmin olunmayan yüzə yaxın vəsatəti... İlham Əliyevin “İslam həmrəyliyi ili” elan etdiyi 2017-ci ilin 25 yanvarında Nardaran hadisələrində həbs olunan dindarlara 10 ildən başlayan hökmlər oxundu.