Tarix : 2018 Jan 27
Kod 54193

“Azadlıq”ın müxbiri “ZONA” köçürülüb

“Azadliq” qəzetinin bölgə müxbiri Ziya Əsədli Salyan rayonu ərazisindəki 5 saylı Cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu barədə azadliq.info-ya məhbusun yaxınları məlumat verib.
Arannews-Rakurs.tv-Ziya Əsədli ötən ilin sentyabrında Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan mərhum edilib. Şirvan Apelyasiya Məhkəməsi onun barəsindəki hökmü bu il yanvarın 9-da qüvvədə saxlayıb.
Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə həbs edilən jurnalist ittihamı qəbul etməyib. Həbsinin sifarişli olduğunu bildirib. Biləsuvar rayon Polis Şöbəsinə təqdim etmək üçün Biləsuvar şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndə Xammədovun verdiyi arayışdan da görünür ki, onun həbsi jurnalist fəaliyyəti ilə əlaqəlidir.
Arayışın mətnini təqdim edirik: “Əsədli Ziya Əlirza oğlu Biləsuvar şəhər sakinidir. İki övladı var, ara-sıra ionika muqisi aləti ilə toylarda iştirak edir. Cəmiyyət arasında həmişə qarışıqlıq yaratmaq, onları düzgün olmayan yollara istiqamətləndirməyə çalışanlardandır. Özünü ictimaiyyət arasında normal insan kimi aparmır, savadsız, maddi çətinlikdə olan insanlarla daha tez ünsiyyət quraraq onlara köməklik edəcəyini vəd edərək, öz telefonu ilə çəkiliş apararaq, bəzi qərəzli mövqe tutan saytlarda işıqlandırır. Kimlərinsə məqsədlərinə xidmət edərək Respublikada və rayonda yüksək vəzifə sahibləri haqqında qərəzli fikirlər söyləyərək çəkilişlər aparır və daha çox qaraları görən, dövlətçiliyimizə daima xələl gətirməklə məşğul olan müxalifət yönümlü “Azərbaycan Saatı” verilişində paylaşır.
Əsədli Ziya Əlirza oğlu, cəmiyyət üçün yararsız bir insandır”.

  • Yazılıb
  • da (də) 2018 Jan 27
  • Göndərən مدير سايت Aran News