Tarix : 2018 Jan 27
Kod 54197

Netanyahu: “10 il öncə ağlıma gəlməzdi ərəblərlə bu dərəcədə yaxınlaşım”…

Sionist rejimin baş naziri Benyamin Netenyahu bildirir ki, Yaxın Şərqin ərəb rəhbərləri İranla düşmənçilik məsələsində ona çox yaxınlaşıblar. O dərəcədə ki 10 il öncə təsəvvürünə belə gəlməzdi ki belə yaxınlıq əldə edilər.
Arannews-Benyamin Netenyahu bunu Davosda CNN müxbiri Farid Zəkəriyyaya verdiyi müsahibə zamanı deyib.
CNN müxbiri Benyamin Netenyahuya verdiyi birinci sualında Trampın İranla əldə edilən nüvə sazişindən çıxmaq istyinə və nəticədə İranın nüvə proqraının və uranın zənginləşdirilməsinin inkişaf etdirməsinə toxunub və bu vəziyyətin İsrail üçün nə dərəcədə pis olacağını öyrənməyə çalışıb.
Sionist rejimin baş naziri müxbirin cavabında bildirib ki, “nüvə sazişi problemlidi və İranın nüvə silahına nail olması yollarını yalnız müvəqqəti olaraq bağlayır. Məsələn 8-10 il ərzində”
Netanyahu müxbirin bölgədəki anti-İran koalisiyası haqda sualını belə cavablandırıb:
“Mən sizinlə razıyam. İndi İsraillə Yaxın Şərqin digər ölkələri arasında vahid istiqamətdə hərəkət etmə var. 10 il öncə belə şeyi təsəvvür etmək mümkün deyildi. Mənim yaşım elə dövlətimizin yaşı qədərdir. Onun tarixində belə bir şey görünməyib. Belə vahid istiqamətdə hərəkət etmənin iki səbəbi var. Biri budur ki, hər iki tərəfin vahid düşməni yəni ifratçı islam İŞİD və İrana qarşı cəbhə var. Digəri də budur ki, onlar (ərəblər) istəyirlər İsrailin texnalogiyasından yararlınsanlar.”
  • Yazılıb
  • da (də) 2018 Jan 27
  • Göndərən مدير سايت Aran News