Tarix : 2018 Jan 27
Kod 54198

Səud qəbiləsi şahzadəsinin Britaniya səfərinə hüquq müdafiə təşkilatları fəallarının etirazı

Böyük Britaniyanın hüququ müdafiə təşkilatları, aktivistlər Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin ölkəyə səfərinin ləğv olunmasını tələb ediblər.

Arannewws-«Müharibəni dayandırın», «Silah Ticarətinə qarşı  Kampaniya» və «İnsan  hüquqları üzrə Ərəb təşkilatı» bu gün baş nazir Tereza Meyə yazıdqları açıq məktubu dərc ediblər. Sənəddə onlar Səudiyyənin vəliəhd şahzadəsini Yəmən müharibəsinə və sözügedən ölkədə  humanitar böhranda ittiham ediblər.
Kampaniyaya rəhbərlik edənlərdən biri olan  aktivist  Stiven Bell isə bildirib ki, Böyük Britaniya  Məhəmməd bin Salman üçün qırmızı xalı sərməməlidir.
«11 milyona yaxın  yəmənli uşaqlar  ya müharibədən, ya da ölkənin mühasirəsindən doğan vəbadan, aclıqdan və infrastrukturların  dağıdılmasından əziyyət çəkir», – deyə o bildirib.
«Bütün  bunlar o deməkdir ki, müharibənin davam etməsində məsul olan hər hansı bir şəxsin ölkəyə dəvət eləməyin yeri yoxdur», – deyə o, əlavə edib.
Xatırladaq ki, 2015-ci ilin mart ayından bəri  Yəmənə Səudiyyə Ərəbistanı başda olmaqla koalisiya qüvvələri hərbi təcavüzü nəticəsində ölkə dünyanın ən ağır humanitar böhranı ilə üz-üzə qalıb. Ölkədə 8 milyondan artıq insan aclıqdan əziyyət çəkir, bir milyondan artıq insan isə vəbaya yoluxub.
Britaniyanın silah kompaniyaları Səudiyyə Ərəbistanının ən böyük silah təchizatçılarından biridir.

  • Yazılıb
  • da (də) 2018 Jan 27
  • Göndərən مدير سايت Aran News