Tarix : 2018 Jan 28
Kod 54206

Əliyevlərə görə Türkiyə radiosu cəzalandırıldı

Türkiyə Radio və Televiziya Ali Şurası (Radyo ve Televizyon Üst Kurulu) Azərbaycan prezidenti İlham Əliyev və xanmı, Birinci vitse-prezident Mehriban Əliyeva ilə bağlı "Show Radio"ya cəza verib.
Arannews:Rakurs.tv-Bu barədə Türkiyənin "Hürriyyət" qəzetinin yanvarın 25-də yaydığı məlumatda bildirilir.
 Xəbərdə qeyd edilir ki, cəzaya səbəb kimi "Show Radio"nun bu il yanvarın 16-da Zeki Kayahan Coşkun-un aparıcılığı ilə saat 22:00-dan 01:00-a kimi yayımlanan «Matrax» adlı proqramında Əliyevlərin ünvanına təhqiramiz ifadələrə yol verilməsi göstərilib.
Ali Şura bu yayım səbəbi ilə radio kanalını bu tip məsələlərdə ən yüksək cəza səviyyəsi sayılan kommersiya gəlirlərinin 5 faizi həcmində cərimələyib. Bundan əlavə, bu proqram yayımının 5 dəfə dayandırılması da gərək sayılıb.
 Xəbərdə qeyd edilir ki, qərara görə, bu cəzadan sonra eyni radio bir il içində bənzər hala yol verərsə, onun yayımı 10 gün dayandırıla bilər. Həmin halın yenidən təkrarlanacağı halda isə radionun yayım lisenziyası ləğv oluna da bilər.
 Bu deyilənlərə hələlik "Show Radio" rəhbərliyinin və sözügedən aparıcının münasibətini almaq mümkün olmayıb.
 "Show Radio"nun bu il yanvarın 16-da yayımlanan «Matrax» adlı proqramında aparıcı Z.K.Coşkun demişdi ki, Azərbaycan prezidenti İ.Əliyev öz xanımı M.Əliyevanı birinci vitse-prezident təyin edib. Üstəlik, o vurğulamışdı ki, Əliyevlərin adı bir sıra korrupsiya qalmaqallarında hallanır.

  • Yazılıb
  • da (də) 2018 Jan 28
  • Göndərən مدير سايت Aran News