Tarix : 2018 Jan 28
Kod 54211

Rotşild bulvarında Netanyahunun istefası tələb edildi

Şənbə gününün sonunda İsrail paytaxtı Təl-Əvivdə ifrat solçuların hökumətə qarşı növbəti mitinqi keçirilib.
Arannews-Hədəf14.az İsrail mediasına istinadla xəbər verir ki, Rotşild bulvarında baş titan mitinqdə yüzlərlə nümayişçi baş nazir  Binyamin Netanyahunun istefasını tələb edən şüar və plakatlar qaldırıblar. Ərazidə nəqliyyatın  hərəkəti dayandırılıb.
Aşdod şəhərində isə minlərlər insan şəhər bələdiyyəsinin qeyri-dünyəvi siyasətinə qarşı etiraz aksiyası keçirib. Xatırladaq ki, bir müddət öncə Aşdod meri Lasri  iudaizm dinininn tələbləri əleyhinə olaraq  şənbə günü işləyən ticarət məntəqələrinin cərimələnməsi haqda qərar qəbul edib.
P.S. Nədənsə əksər dünya mediası İsraildəki neqativ olayları, o cümlədən insanların müxtəlif siyasi və sosial problemlərlə bağlı  etiraz aksiyalarını  işıqlandırmır. Ancaq  digər ölkələrdə, xüsusən müsəlman, türk ölkələrində birinin burnu qanayan kimi bütün sayt və telekanallar bar-bar bağırır... Halbuki İsraildə də kifayət qədər  korrupsiya, oğurluq, quldurluq və s. halları da, etiraz aksiyaları da baş verir... 
 

  • Yazılıb
  • da (də) 2018 Jan 28
  • Göndərən مدير سايت Aran News