Türkiyə Şiələrinin lideri Səlahəddin Özgündüz: Şanlı Türk Ordusu ABŞ və İsrailin əlaltılarına qarşı döyüşür
Arannews-İslamazeri.com xəbər verir ki, Türkiyə şiələrinin lideri Şeyx Səlahəddin Özgündüz Türkiyyə Ordusunun Afrindəki əməliyyatlarına münasibət bildirib.
O cümə xütbəsində bu məsələyə toxunub. Şeyx çıxışında deyib: "Bir həftə oldu ordusmuz Suriyanın şimalında ölkəmizin də cənubuna əməliyyat keçirir. Xatırlayırsızsa təqribən 10 il öncə dövlət böyüklərinə demişdim ki, ölkəmizin cənubunda bir şiə və sünni hilal deyərək bizi qarıştırmaq istəyən İmperialist və Sionistlər diqqətimizi baqa yönə əkib, İsrail hilalı yaratmaq istəyirlər. Gec oldu amma güc olmasın gecdə olsa hərkəs artıq inandı ki, bu olay gerçəkləşir. Və hazırda ordumuz bunun üçün döyüşür. Biz İsrail tərəfindən mühasirə olunmaq istəmirik. Çünki o zaman bizim İslam dünyası ilə birliyimiz və bağlantımız qopar. Ümrəyə hətta Kərbəlaya belə getmək üçün İsraildən izin almağımız lazım gələcəkdi. Dolayısıyla belə bir zillətə düşmədən öncə tədbirimizi almaq lazım idi. Bu mövzuda Dövlətimizin tədbirlərini biz doğru hesab edir, dəstəyimizi bildiririk. Allah Mehmetçiklərimizi sağ salamat yurdumuza qovuşdursun".
Şəhidlərlə bağlı baş sağlığını bildirən Şeyx Səlahəddin Özgündüz sözlərinə belə davam edib: "Şəhidlərimiz var. Millətimizin başı sağ olsun. Azad yaşamaq istəyiriksə təbii qurbanlarımız olacaq. Bu mövzuda etirazımız yoxdur. Mən ən başdan bəri Fıratın qərbi şərqi olaraq deyilməsini doğru hesab etmirəm. Cənubda yaradılması istənilən israilçik kiçik dövlətlərinə də razı olan deyilik. O balaca dövlətlər yavaş yavaş böyüyər. İlanın başını kiçik ikən əzmək lazımdır."
"Bu nöqtədə dövlət, millər və ordumuz olaraq hər hansı bir qövmü hədəf almamışdır, almamalıdır. Nə kürdü, nə ərəbi nə də əcəmi biz öz gələcəyimizi müstəqilliyimizi düşünməliyik. Dövlətimiz və Ordumuz terror qruplaşmaları, daha doğrusu Amerika və İsrail əlaltıları ilə döyüşməkdədir. Biz ta dəstək veririk. Kimsənin torpağında gözümüz yoxdur, heç bir qövmü əzmək kimi niyyətimiz də yoxdur. Müsəlmanların hamısı bizim qardaşlarımızdır, canımız ciyərimizdir. Müsəlmanlar arasında ayrıseçkilik salanları lənətləyirik. Türk, kürd hamımız qardaşıq. Amma İmperialist və sionizmə əlaltı olan, atamızın oğlu da olsa o əlaltıları əzməliyik. Terroristlə, imperialist və sionizm əlaltıları ilə döyüşürük və döyüşəcəyik. Haqlıyıq.", - deyə Özgündüz əlavə edib.
İmam cümə ABŞ siyasətini də çıxışında tənqid edib. Trampı dəli adlandıran Özgündüz "Amerikanın danışdıqlarına baxılsa bir dövlət düşünün ki, başındakı idarə edən dəlidir. Biz hər toplumun liderinə hörmət etməliyik. Ona deyəcək sözüm yox, amma özləri deyirlər. Bir yandan Netanyahu var və terror qruplaşmalarını dəstəkləyirlər. Arxasında onların durduqları yerdən baxsaq özlərini haqlı bilirlər. Bizi məşğul etmələri, zəiflətmələri lazımdır. Biz potensial imperatoruq Çin səddindən balkanlara qədər bizim nüfuzumun altındadır. Bizi hədəfə almaları. qayçı ilə kəsmələri lazımdır. Bizim kimsənin torpağında gözümüz yoxdur. Zatən bunu dövlətin sözcüsü də deyir.", - bildirib.
Azad Suriya Ordusu ilə məsələyə də münasibət bildirən Özgündüz deyib: "Azad Suriya Ordusu terroristdirmi? Bunun müzakirə edirlərki; ciyər yedi, uşaqların başını kəsdi. Bəs indi bizə xidmət edirlər. Bunlar bizə xidmət edərlərsə terroristlikdən çıxırlarmı? Ya da terrorist deyil, deyək. Kimə terrorçu deyərlər? Bəlkə açıqlayaq. Dövlətinə, millətinə qarşı silahlı müqavimət edənlər terrorçulardır. ASO hansı tərəfdir. Fəqət biz bunu deyə bilərik ki, bu günkü halıyla ölkəsini qarışanlara qarşı və işğal edən Amerikaya qarşı istiqlal müharibəsi aparır. Ona görə terrorçu sayılmaz. İslam ədəbiyyatında biz onlara mücahid deyirik. Belə desəniz qarşı tərəfin deyəcək sözü qalmaz. Çünki ikisinin arasında fərq var. Mən belə demələrini istəyirəm. Belə desəniz qarşı tərəfin sözü qalmaz. Bugünkü tərif bizim və bizimlə bərabər hərəkət edənlər Suriyayı bölmək deyil, İmperialist və sionistlərə qarşı durmalarıdır. İran ilə Türkiyə dost olsalar, bu mövzularda birlikdə hərəkət etsələr, heç kimsə bir qələt edə bilməz, amma bu ikisi bir birinə tərs düşsələr, imperialist və sionistlərin istədiyi olar - Allah bu qəflətə düşürməsin."