Tarix : 2018 Jan 29
Kod 54217

Əsəd İsraildən müdafiə üçün Rusiyadan S-400 istəyib

"İsrail hücumu edəcəyi təqdirdə Ben-Qurion beynəlxalq aeroportuna zərbə endiriləcək"
Suriya prezidenti Bəşər Əsəd Rusiyadan S-400 RƏM sistemi partiyası almaq istəyib. FaktXeber.com-un Moskovskaya Komsomoles-ə istinadla verdiyi məlumata görə, bu barədə, Livanın «Əd-Diyar» nəşri xəbər yayıb.
Nəşr bildirir ki, Əsəd Putinlə danışıqda İsrail HHQ-nin hücumu olacağı təqdirdə Ben-Qurion beynəlxalq aeroportuna zərbə endiriləcəyini deyib.
Ərəb KİV-ləri bildirir ki, zenit komplekslərini satmaqda imtina edəcəyi təqdirdə Dəməşq Kremllə əlaqələrinin pisləşəcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, hazırda  Suriya ərazisində  sözügedən  sistemlər var, ancaq onlar məhz Rusiya Hərbi Obyektlərini  müdafiə etmək  üçün istifadə olunur

  • Yazılıb
  • da (də) 2018 Jan 29
  • Göndərən مدير سايت Aran News