Tarix : 2018 Jan 29
Kod 54218

Kərbəlada Ayətullah Sistaninin nümayəndəsinə edilən hücumun qarşısı belə alındı

Kərbəlanın imam cüməsinə hücumun qarşısı belə alınıb
Arannews-İslamazeri.com İraq mediasına istinadən xəbər verir ki, cümə günü Ayətullah Sistaninin Kərbəladakı nümayəndəsi, Kərbəlanın İmam Cüməsi Höccətülislam vəl muslimin Əbdul-Mehdi Kərbəlaiyə hücum həyata keçirilib. Hələ kimliyi açıqlanmayan bir nəfər xütbə edən Höccətülislam vəl muslimin Əbdul-Mehdi Kərbəlaiyə hücum edib. Hücum edən şəxs məscidin təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib və məsciddən çıxararaq güc strukturlarına təslim edilib. Qeyri rəsmi məlumata görə, hücum edən saxta Yəmaninin tərəfdarlarından olub.


  • Yazılıb
  • da (də) 2018 Jan 29
  • Göndərən مدير سايت Aran News