Tarix : 2018 Jan 29
Kod 54220

Azərbaycanda bir gündə axtarışda olan 25 nəfər saxlanılıb

2018-ci il yanvar ayının 27-dən 29-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Arannews-İslaminSesi.info" bildirir ki,   Trend-ə verilən məlumata görə, daxili işlər orqanları tərəfindən gün ərzində 164 cinayət faktı qeydə alınıb, onların da 36-sı “isti izlər”lə açılıb.
Axtarışda olduğuna görə 25 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.

  • Yazılıb
  • da (də) 2018 Jan 29
  • Göndərən مدير سايت Aran News