Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukraynanın Apellyasiya Məhkəməsi tərəfindən ev dustaqlığına məhkum edilib.
Arannews-“Dünyabülteni”-nə istinadən xəbər verilir ki, Saakaşvili hava qaraldıqdan sonra yaşayış yerini tərk edə bilməz. Gürcüstanın sabiq prezidenti M.Saakaşvili saat 22:00-dan 07:00-dək ev dustağı edilib.
M. Saakaşvili məhkəmədən sonra jurnalistlərə açıqlamasında məhkəmənin qərarını “utanc verici” adlandırıb. O yaxın zamanlarda mitinqlər təşkil edəcəyini açıqlayıb.