Tarix : 2018 Jan 30
Kod 54235

Bəşər Əsəd Netanyahuya Putinlə mesaj göndərdi: Bu dəfə vuracağıq

Suriya Prezidenti Bəşər Əsəd İsrail baş nazirinə Rusiya prezidenti vasitəsilə mesaj göndərib
Arannews-İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Suriya Prezidenti Bəşər Əsəd İsrail baş naziri Benyamin Netanyahuya Rusiya prezidenti  Vladimir Putin vasitəsilə mesaj göndərib. Əsəd mesajda bildirib ki, əgər İsrail aviasiyası yenə Suriya ərazisinə bombalar endirərlərsə, bu dəfə Suriya Ordusu Ben Qurion - Təl Əviv aeroportunu bombalayacaq.
Əsəd Təl Əviv hava limanını hədəf alacaq raketlərin "Skad" tipli olmasını da qeyd edib.
Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu fevral ayının əvvəlində Moskvaya səfərə gedir, Əsəd də məhz Putindən  səfər çərçivəsində bu mesajı çatdırmasını xahiş edib.

  • Yazılıb
  • da (də) 2018 Jan 30
  • Göndərən مدير سايت Aran News