Tarix : 2018 Jan 30
Kod 54236

Suriya ordusu İdlib vilayətindəki Ələzu strateji yüksəkliklərinə nəzarəti ələ alıb

Suriya ordusu və onunla müttəfiq qüvvələr İdlibin cənub ətrafında yerləşən Ələzu strateji yüksəkliklərini ələ keçirə biliblər.
Arannews-Bir hərbi mənbə bildirib ki, Suriya ordusunun bu məntəqədəki əməliyyatında onlarla terrorçu ölüb və yaralanıbdır.
Bu hərbi mənbə əlavə edib: Ələzu yüksəklikləri ətrafdakı bir qrup qəsəbə və kəndə, o sıradan Əlxəfiyyə məntəqəsinə və Əbu-Duhur yardım şosesinə çıxmasına görə, böyük önəm daşıyır.
Müqavimət qüvvələri bundan öncə Əbu-Əlzuhur hərbi hava limanı daxil olmaqla Əbu-Əlzuhur qəsəbəsinin cənub və şərq bölmələrini azad ediblər.
Digər xəbərə görə, suriyalı mənbələr Diyrəzzurun cənub-şərqi və Fəratın şərqində yerləşən Əlşəəfə qəsəbəsində İŞİD ünsürləri arasında kəskin ixtilaflardan xəbər verirlər

  • Yazılıb
  • da (də) 2018 Jan 30
  • Göndərən مدير سايت Aran News