Bu gün Ali Məhkəmədə Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin (Babayev) həbsindən verilən kassasiya şikayeti üzrə məhkəməsi keçiriləcək.
Arannews-Bu barədə Maide.Az –a vəkil Cavad Cavadov məlumat verib.
C.Cavadoun bildirib ki, Hacı Sərdar Babayevin barəsində olan cinayət işi üzrə kassasiya şikayəti üzə Ali Məhkəmədə keçiriləcək məhkəmə baxışı 30 yanvar 2018-ci il, saat 11:00 –a təyin olunub. İşə Hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin (Sərdar Babayev) Masallı rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 168.1.1.3 maddəsi ilə ( yəni sadəcə imam cümə olduğuna və xütbə söylədiyinə görə) üç il müddətinə azadlıqdan məhrum etməyə dair hökmünün dəyişdirilmədən saxlanılmasına dair Şirvan Apellyasiya Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli qərarından kassasiya şikayəti verilib.