Tarix : 2018 Jan 30
Kod 54238

Mirəlioğlunun prezidentliyə namizədliyi irəli sürülüb

Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun prezidentliyə namizədliyi irəli sürülüb
Arannews- FaktXəbər-in məlumatına görə, bu barədə KXCP Ali Məclisinin yanvarın 29-da keçirilən toplantısında qərar qəbul edilib. 
Xatırladaq ki, bu il Azərbaycanda prezident seçkiləri bu il oktyabrın 17-də keçiriləcək.
M.Mirəlioğlu 1980-ci illərin sonlarından milli-demokratik hərəkatın fəal iştirakçılarından olub.
1990-cı ildə Azərbaycan Ali Sovetinin deputatı seçilib. 1995-cı ildə Azərbaycanın müstəqilliyi bərpa olunduqdan sonra birinci çağırış Milli Məclisin üzvü olub.
2000-ci ildə M.Mirəlioğlu parlamentə deputat seçilsə də seçkilərin saxtalaşdırılmasına etiraz olaraq mandatdan imtina edib.
KXCP-dən əvvəl, yanvarın 27-də Müsavat Partiyası prezident seçkilərinə qatılmaqla bağlı qərar verib. Müsavatın prezidentliyə namizədi partiyanın keçmiş başqanı İsa Qəmbərdir
  • Yazılıb
  • da (də) 2018 Jan 30
  • Göndərən مدير سايت Aran News