Azərbaycan Respublikasında ifratçı və sekular millətçilərin hakimiyyətə gəlməsi və bu ölkənin şiə xalqının öz dini kimliyə qayıtmasına əsaslı maneənin yaranması ilə islamçılara, dini təzahürlərə və islami təlimlərə qarşı geniş mübarizənin şahidi olduq
AranNews – 19 yanvar İran və Azərbaycan müsəlman xalqlarının tarixində yadda qalan bir gün hesab olunur. Sovet hökumətinin süqut etməkdə olan son aylarında Azərbaycan Respublikasının böyük sayda xalq kütləsi öz dini və əsl kimliyini dərindən dərk etməklə İran sərhədlərinə axışdı, sərhəd maneələrini məhv etdi, Araz çayından keçməklə dini kimliyə qayıtmaq üçün dərin istəklərini açıq-aydın elan etdi.
Azərbaycan Respublikası müsəlmanlarının bu hərəkətinin açıq-aydın bir ismarışı var idi və o bundan ibarət idi ki, ateizm və kommunizmin 70 illik hakimiyyəti, onların anti-din və anti-İran təbliği təsirsiz qalmışdır.
Bu mühüm hadisə, Azərbaycan Respublikası və İran müsəlmanları arasındakı ortaqlıq, dərin mədəni, dini və tarixi bağlılıq özünü təyinedici bir element kimi göstərdi, hərəkatın davamında SSRİ-nin dağılmasına, Azərbaycan Respublikasının müstəqillik əldə etməsinə, bu ölkə xalqının dini kimliyə qayıtmaq prosesinin yeni mərhələyə daxil olmasına təsir göstərdi.
Bununla belə, müstəqillikdən sonra Azərbaycan Respublikasında ifratçı və sekular millətçilərin hakimiyyətə gəlməsi və bu ölkə şiə xalqının öz dini kimliyə qayıtmasına əsaslı maneənin yaranması ilə islamçılara, dini təzahürlərə və islami təlimlərə qarşı geniş mübarizənin şahidi olduq. Anti-din hərəkətlər və islamçıların repressiyası ilə yanaşı tarixi hadisə və münasibətlərin təhrifi, uydurma tarixin yaradılması bu ölkədə rəsmi və məqsədyönlü siyasətə çevrilib, dövlət siyasətçiləri tərəfindən izlənilir.
Sabiq prezident Heydər Əliyevin 31 dekabrı “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” adlandırması ictimai fikri yayındırmaq və 19 yanvar münasibətini təsir altına salmaq istiqamətində atılmış addımlar sırasındadır.
Azərbaycan dövlət rəsmilərinin 31 dekabr münasibətilə yaydıqları bəyanatlara diqqət etdikdə, onların nəhs niyyətləri aydın olur. Bu ölkənin Milli Məclisinin 31 dekabr münasibətilə bu il yaydığı müraciətdə deyilir: “Xalqımızın ümummilli məqsədlər naminə söz, əqidə və əməl birliyinə nail olmaq əzmini təcəssüm etdirən həmrəylik günündə hər birinizi ürəkdən salamlayırıq. İyirmi altı il öncə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə milli-mənəvi bütovləşmə hərəkatının təməlinin qoyulması uzun illərdən bəri həsrətində olduğumuz milli birliyin yaradılmasında, bu birliyin ana xəttini müəyyənləşdirən azərbaycançılıq ideyasının formalaşmasında başlanğıc və istinad nöqtəsi olmuşdur. Bu hərəkat sonrakı dövrdə geniş vüsət almış, dünya azərbaycanlıları ilə əlaqələrin inkişaf etdirilməsi, soydaşlarımızın tarixi vətənlə bağlarının gücləndirilməsi, xarici ölkələrdə diaspor təşkilatlarının formalaşmasına kömək göstərilməsi Azərbaycan Respublikasında həyata keçirilən dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.”