İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei ABŞ-ın yeni oyunlarından danışıb
Arannews-İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei Əfqanıstandakı son terror hücumlarında günahsız əhalinin qırğın edilməsindən dərin təəssüfləndiyini qeyd edərək deyib: "Amerikanın İŞİD terrorçularını Əfqanıstana köçürməkdə məqsədi, özünün regiondakı iştirakının davam etməsini əsaslandırmaq və sionist rejim üçün təhlükəsizlik yaratmaqdır."
Bu gün səhər xarici fiqh dərsinin əvvəlində İŞİD-in son aylarda Əfqanıstanda baş vermiş hadisələrdə yüzlərlə insanın terror nəticəsində qətlə yetirməsinə işarə edən İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei bildirib: "İŞİD-i yaradaraq, onu Suriya və İraqda xalqa qarşı zülm və cinayət vasitəsi etmiş əllər bu gün həmin məntəqələrdə məğlub olduqdan sonra İŞİD-i Əfqanıstana köçürmək niyyətindədirlər və son qırğınlar əsilndə həmin planın başlanğıcıdır."
ABŞ və əlaltıları üçün məzhəb fərqinin olmadığını qeyd edən Ayətullah Xamenei "Amerikanın himayə etdiyi terrorçular üçün şiə və sünninin fərqi yoxdur və şiə və sünni daxil olmaqla mülki əhali onların hədəfidir. Amerika istəyir ki, bu region xoş gün görməsin və regiondakı dövlətlər və xalqlar özlərilə məşğul olsunlar ki, dünyanın zalım qüvvələrinin xəbis amili, yəni sionizm ilə mübarizə fikrinə düşməsinlər.", - deyə əlavə edib.
Ayətullah Xamenei sözlərinin sonunda deyib: "Amerikalıların özləri Əfqanıstandakı qeyri-sabitliyin əsas amilidirlər və təqribən iyirmi il bundan öncə din adı altında bu regionda həyata keçirilmiş qırğınlar birbaşa və ya dolayısı ilə Amerikanın amilləri tərəfindən törədilib və hazırda da onlar istəyirlər ki, sabitsizlik yaratmaqla öz iştiraklarını təmin etmiş və siyasi və iqtisadi hədəflərini həyata keçirmiş olsunlar. Allah bu cür müsəlmanları qıran dünyanın zalım qüvvələrinə, onun amillərinə, xəbis və cinayətkar sionist rejimə və Amerikaya lənət etsin!"