Tarix : 2018 Jan 31
Kod 54244

Rəsmi məlumat: Suriya və İraqda Azərbaycan Respublikasının 1000 vətəndaşı terrorçuluqla məşğuldur

Siyavuş Heydərov: Azərbaycan Respublikası vətəndaşlarından 92 nəfər də İraq və Suriyada ifratçı dini qrupların tərkibində fəaliyyət göstərmək üstündə həbs olunub. 260 nəfər də bu dəlilə görə lazımi araşdırmalardan sonra vətəndaşlıqdan məhrum edilibdir.

Arannews-Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan Respublikası dini işlər üzrə dövlət komitəsinin sədr müavini verdiyi açıqlamada bu ölkənin vətəndaşlarından 1000 nəfərinin Suriya və İraqda terror qruplaşmalarına qoşularaq ifratçılıqla məşğul olduqlarını bildirib.
Belə ki, Azərbaycan Respublikası dini işlər üzrə dövlət komitəsinin sədr müavini Siyavuş Heydərov deyib: Mövcud məlumatlara görə, İraq və Suriyada ifratçı dini qrupların tərkibində fəaliyyət göstərmiş Azərbaycan Respublikasının 300-dən çox vətəndaşı öldürülübdür.
Siyavuş Heydərov əlavə edib: Azərbaycan Respublikası vətəndaşlarından doxsan iki nəfər də İraq və Suriyada ifratçı dini qrupların tərkibində fəaliyyət göstərmək üstündə həbs olunub və onların barəsində cinayət işi açılıbdır. 260 nəfər də bu dəlilə görə lazımi araşdırmalardan sonra vətəndaşlıqdan məhrum edilibdir.
O, həmçinin bu ölkə vətəndaşlarından üç yüzdən çox qadın və uşağın İraq və Suriyadakı iştirakından xəbər verib. Onlar bu iki ölkədə ifratçı dini mübarizələrin təsiri altında olublar.

 

  • Yazılıb
  • da (də) 2018 Jan 31
  • Göndərən مدير سايت Aran News