Tarix : 2018 Jan 31
Kod 54245

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 104 cinayət faktı qeydə alınıb.

Arannews-İslaminSesi.info" bildirir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  verilən məlumata görə, onların 19-u "isti izlər"lə açılıb.
Axtarışda olduğuna görə 18 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 8 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

  • Yazılıb
  • da (də) 2018 Jan 31
  • Göndərən مدير سايت Aran News