Livanın baş naziri Səəd Həriri türkiyəli həmkarı Binəli Yıldırımın dəvəti ilə Türkiyəyə səfər edib. Livanın hökumət rəhbəri Çankaya köşkündə rəsmi mərasimlə qarşılanıb.
Arannews-FaktXəbər-in verdiyi məlumata görə, Türkiyə və Livanın baş nazirləri arasında görüş zamanı ikitərəfli münasibətlər və regional proseslər müzakirə ediləcək. Xüsusilə terrorizmlə mübarizə, Suriyada baş verənlər, qanunsuz miqrasiya məsələləri və Afrindəki əməliyyat iki baş nazirin gündəmində olacaq.