Məhbus bloqçu Mehman Hüseynovun işindən kassasiya şikayəti hazırlanır. Yanvarın 31-də Novator.az-a danışan vəkil Fuad Ağayev deyib ki, Bakı Apellyasiya Məhkəməsinin ötən il dekabrın 15-də verdiyi qərardan şikayət yaxın vaxtda Ali Məhkəməyə təqdim olunacaq.
Arannews-Məhbus bloqçu Mehman Hüseynovun işindən kassasiya şikayəti hazırlanır. Yanvarın 31-də Novator.az-a danışan vəkil Fuad Ağayev deyib ki, Bakı Apellyasiya Məhkəməsinin ötən il dekabrın 15-də verdiyi qərardan şikayət yaxın vaxtda Ali Məhkəməyə təqdim olunacaq.
Mehman Hüseynov hazırda 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır. Fuad Ağayevin sözlərinə görə, gənc bloqçunun saxlanma şəraitindən, səhhətindən şikayəti yoxdur.
Mehman Hüseynov ötən il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinib.
Aprelin 12-də Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxladıqdan sonra Ali Məhkəməyə şikayət verilib.
Sentyabrın 29-da Ali Məhkəmə bu qərarı ləğv edərək işi Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.
Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi işə yenidən baxıb, amma Mehman Hüseynov barəsində Suraxanı Rayon Məhkəməsinin çıxardığı hökmü yenə qüvvədə saxlayıb.